“1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” cərimələnə bilərbackend

1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” cərimələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC barəsində inzibati iş başlanıb.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə ittiham olunur.

İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq.

469.3-cü maddəyə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.