Bu sürücülərə CƏRİMƏ YAZILA BİLMƏZ – Ekspert AÇIQLADIbackend

Bu sürücülərə CƏRİMƏ YAZILA BİLMƏZ – Ekspert AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaydalardan kənara çıxan hər xırda və əhəmiyyətsiz hərəkətə görə sürücüyə cərimə yazılmır.

NOCOMMENT.az sfera.az-a istinadən xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspert ona ən çox ünvanlanan sualı cavablandırıb.

“Soruşurlar ki, sürücünün yolda piyadaya yol verərkən, başqası ona güzəşt etdiyi halda “təşəkkür” bildirərkən və s. – belə hallarda qəza dayanma işıqlarını yandırmasına görə cərimə yazıla bilərmi? Buna görə sürücüyə cərimə yazıla bilməz. Qəza dayanma işıqlarından (dönmə işıqlarından) bu məqsədlə istifadə nəzərdə tutulmasa da, bunu edənlərə heç bir cərimə yazmaq olmaz. Əksinə, bu, bəzən əlavə diqqət çəkən bir üsuldur, normal qarşılanmalıdır. Çünki buna ehtiyac olmasa da, problem də deyil”.

Ekspert qeyd edub ki, cərimə yalnız İnzibati Xətalar Məcəlləsində göstərilən, təhlükəli olması, yaxud başqalarına mane yaratması aşkar olan qayda pozuntularına görə nəzərdə tutulur:

“Yalnız belə hallarda yazıla bilər”.