10 aylıq komadan sonra vəfat edən qazi dəfn edildibackend

10 aylıq komadan sonra vəfat edən qazi dəfn edildi 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Vətən Müharəsi qazisi, “Yaşat” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən Yaqub Qəhrəmanlı 10 ay komada qaldıqdan sonra dünən vəfat edib.

NOCOMMENT xəbər verir ki, Y.Qəhrəmanlı Tərtərin Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb. Qazinin dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ailə üzvləri, qazilər, veteranlar, rayon sakinləri iştirak edib.

Yaqub Qəhrəmanlının 2 yaşında oğlu yadigar qalıb.