10 ildir soyuqla yaşayan Xətai sakinləri: “Hər qış eyni dərd” – VİDEObackend

10 ildir soyuqla yaşayan Xətai sakinləri: “Hər qış eyni dərd” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xətai rayonu, General Əliağa Şıxlinski küçəsi 39A ünvanında yerləşən 16 mərtəbəli binanın sakinləri artıq 10 ildir istilik problemi ilə üzləşirlər.

NOCOMMENT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, binada mərkəzi istilik xətti mövcuddur, lakin illərdir sistem normal fəaliyyət göstərmir. Nəticədə mənzillər qış aylarında soyuq qalır.

“Hər il eyni problem təkrarlanır. İstilik xətti var, amma radiyatorlar buz kimi olur. Payız gələn kimi evlərdə üşütmə düşür, uşaqlar xəstələnir,” – deyə sakinlər bildiriblər.

Onlar qeyd ediblər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, problem hələ də həll olunmayıb.

Sakinlər ümid edirlər ki, bu qış vəziyyət dəyişəcək və illərdir davam edən istilik həsrəti nəhayət sona çatacaq.