İranın Şri-Lanka sahillərində vurulan “IRIS Dena” esminesinin sağ qalan 32 nəfərlik heyətinin qarşılanma mərasimi keçirilib.
NOCOMMENT.az xəbər verir ki, mərasimə İran İslam Respublikası Ordusunun baş komandanı general-mayor Əmir Hatəmi, yollar, mənzil və şəhərsalma naziri Fərzanə Sadiq Malvacerd, Ordunun qərargah rəisi və koordinator müavini kontr-admiral Həbibullah Səyyari, Ordunun Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani, eləcə də digər komandirlər və rəsmilər qatılıb.
Qeyd edək ki, ABŞ-nin sualtı qayığının İranın “IRIS Dena” esminesinə hücumu nəticəsində azı 104 nəfər ölüb. Gəmidə 136 heyət üzvü olub./Unikal/










