130/80 yüksək təzyiqdir, yoxsa normal?backend

130/80 yüksək təzyiqdir, yoxsa normal?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arterial təzyiqin yeni normaları açıqlanıb.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, məşhur həkimlər Yelena Malışeva və German Qandelman arterial təzyiq barədə fikirlərin dəyişdiyini bildirib.

“Artıq yeni rəqəmlər qəbul olunub: indi 120/80 mm göstərici və ondan aşağı növ təzyiq normal hesab olunur. 130-a qədər normaldır fikri qəbul edilmir.
Təzyiqin 130/80-ə çatması və keçməsi təzyiqin yüksəlməsi hesab olunur, lakin bu hələ hipertoniya diaqnozu qoymağa əsas vermir.

Əgər rəqəmlər mütəmadi 130-dan bir az da yuxarı qalxarsa, I dərəcəli hipertoniya diaqnozu qoyulur və müvafiq müalicə yazılır.

Bundan sonra arterial təzyiqi daimi nəzarətdə saxlamaq lazımdır, çünki o, insulta səbəb olur.

Əgər beyin damarına qan 140/90 dərəcədə təzyiq edirsə, o damar əvvəl-axır yırtılır.

Təzyiqi hələ göstərici 130/80 olan vaxtda nəzarətə götürmək daha asandır. Xəstə həyat tərzi və qidalanmasını dəyişməlidir”.