DYP: Bakının mərkəzində 9 maşının toqquşmasına səbəb avtomobillərin sürət yarışına çıxması olubbackend

DYP: Bakının mərkəzində 9 maşının toqquşmasına səbəb avtomobillərin sürət yarışına çıxması olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Rəşid Behbudov küçəsində 9 maşının toqquşmasına səbəb avtomobillərin sürət yarışına çıxması olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə report-a Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli məlumat verib.

O bildirib ki, bu gecə saat 00:54-də Bakının Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz avtomobilin iştirakı ilə zəncirvari qəza olub:
“Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir. Hazırda faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.”