2020-ci ildə işgaldan azad edilmiş Zəngilan rayonu spesfik xüsusiyyətləri ilə seçilir. Zəngilanlılar təkcə bütün dünyada məşhur olan Bəsitçay Dövlət Təbiət Qoruğu ilə deyil, həm də yerli icra strukturlarına və seçkili orqanlarına sədaqətləri ilə tanınırlar.
NOCOMMENT.az metbuat.az-a istinadən xəbər verir ki, Zəngilan əhalisi 30 ildir öz seçimini dəyişmir. Əslən Zəngilan rayonunun Vənədli kəndindən olan İmamverdi İsmayılov 7 çağırış ard-arda Zəngilandan deputat seçilib. 25 noyabr 1995-ci ilə 124 saylı Zəngilan seçki dairəsindən Milli Məclisə seçilən İmamverdi İsmayılov 30 ildir qanunverici orqanda həmyerlilərini təmsil edir.
Fotoda: Milli Məclisin deputatı İmamverdi İsmayılov

Zəngilanın icra basçısı Ramiz Həsənov da ölkənin ən stajlı icra başçılarından sayılır. 2011-ci il aprel ayının 26-da Prezident İlham Əliyevin sərəncamı ilə Zəngilan rayon icra hakimiyyətinin başçısı təyin olunan 65 yaşlı Həsənov 5 ay sonra bu postu tutmağının 15 illiyini qeyd edəcək.
Fotoda: Zəngilanın icra basçısı Ramiz Həsənov

Qeyd edək ki, Ramiz Həsənov Baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun kiçik qardaşıdır.
Zəngilanın ən stajlı məmurlarından biri də Mehman Nəsirovdur. Mədəni səviyyəsi və bənzərsiz səmimiyyəti ilə seçilən Nəsirov, deyəsən, zəngilanliların qəlbinə əbədi yol tapıb. O, 20 ildən çoxdur Zəngilan rayon Mədəniyyət evinin müdiri vəzifəsində çalışır.
Fotoda: Zəngilan rayon Mədəniyyət evinin müdiri Mehman Nəsirov














