15 ildir gecikən qərar: Kaçinskinin təyyarəsindən “səfirliy”ə qədərbackend

15 ildir gecikən qərar: Kaçinskinin təyyarəsindən “səfirliyə” qədər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa xarici işlər naziri Radoslav Sikorski parlamentdə çıxışında deyib ki, Polşa Qdansk şəhərində fəaliyyət göstərən sonuncu Rusiya Baş Konsulluğunu da bağlayır:”Rusiya Federasiyasının Qdanskdakı Baş Konsulluğunun iş icazəsini ləğv etmək qərarına gəldim”.

Əslində bu qərar 15 il gecikib.

Polşanın 2005-2010-cu illərdə bir prezidenti vardı: Rusiyanın qatı düşməni Lex Kaçinski! Özünün anti-Rusiya mövqeyi ilə tanınan və gəncliyini kommunist rejiminə qarı mübarizəyə həsr edən Kaçinskini təbii ki, Rusiyanın dövlət və hökümət adamları sevməzdi.

O, 2010-cu ilin 10 aprelində generallar, rəsmi şəxslər və nümayəndə heyətinin digər üzvlərilə Stalin-Beriya repressiyalarının qurbanı olan minlərlə polyakın kütləvi şəkildə basdırıldığı Katın kəndinə ( Xatın kəndi) yola düşür. Amma mənzil başına çata bilmir, 10:50-də (Bakı vaxtı ilə saat 11:50) Smolensk vilayəti yaxınlığında enişə keçərkən qəzaya uğrayır. Prezident və həyat yoldaşı daxil olmaqla 96 nəfər həlak olur.

Rusiya Polşa prezidentinin təyyarə qəzasını araşdırır və bunun bir texniki qəza olduğunu nə qədər sübut etməyə çalışsa da, müxtəlif sübutlar , faktlar ortaya qoysa da heç bir polyakı buna inandıra bilmədi. Hazırda nəinki tək polyaklar, elə dünyanın bir çox ölkələri bu “qəza”nın qəza olmadığını dəfələrlə sətiraltı vurğulamışdı.

Artıq Polşanın rəsmi dairələri də eyni fikri düşünür.

Bundan başqa Kalininqradla bağlı məsələ qaldırmalıyıq. Polşa Quru Qoşunlarının keçmiş komandanı, general Valdemar Skşipçak 2022-ci ildə Kalininqradı Baltik dənizi və Polşa ovalığına açılan qapı adlandırdı və bu torpağın Polşaya məxsus olduğunu iddia etdi:” Varşavanın Kalininqradla bağlı iddia qaldırmağa haqqı var”.

Aradakı ədavətin get-gedə dərinləşməsi hazırda kritik həddə çatıb. Bu il Rusiyanın Krakovdakı Baş Konsulluğunun bağlanması ilə əlaqədar olaraq, Rusiya cavab tədbiri olaraq avqustun 29-dan etibarən Polşanın Kalininqrad şəhərindəki Baş Konsulluğunu bağladı.

Qeyd edək ki, bu ilin aprel ayında Rusiyanın Polşadakı səfiri Sergey Andreyev II Dünya Müharibəsi döyüşlərində həlak olmuş sovet əsgərlərinin abidəsinə gül qoymaq istəyərkən etirazçıların hücumuna məruz qalıb. Varşavadakı bu gərgin və simvolik hadisə polyakların ruslara nifrətinin görüntüsü kimi başa düşülüb.

Əntiqə Rəşid