KoronaVirus İnformasiya Portalı
15 yaşlı qızı hamilə buraxan müəllim haqqındakı həbs qərarı ləğv edildibackend

15 yaşlı qızı hamilə buraxan müəllim haqqındakı həbs qərarı ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı məhkəmə qərarından apellyasiya şikayəti təmin olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb.

O, “Qadın və uşaq sığınacağı” səhifəsindən bununla bağlı status yazıb:

“Əziz dostlar, sizinlə bir məlumatı bölüşmək istəyirik. Xatırlayırsınızsa, azyaşlı qızımızın hamilə qalmasına səbəb olan və ona qarşı zorakılıq edən müəllimə qarşı Lerik rayon məhkəməsi tərəfindən cəmi bir il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi hamımızda təəssüf hissi doğurmuşdu.

Həmin məsələni ictimailəşdirdikdən sonra Milli Məclisin sədr müavini Adil Əliyev, qeyd olunan məsələni nəzarətə götürmüş və zərərçəkəni öz hesabına vəkillə təmin etmişdi.

İş üzrə şikayət Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, məhkəmənin bugünki qərarı ilə Lerik rayon məhkəməsinin təyin etdiyi hökm ləğv edilmiş, iş qanunvericiliyin tələbinə uyğun olaraq, yenidən tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə geri qaytarılmışdır.

Bu işdə əziyyəti olan hər kəsə təşəkkür edirik!”
pravda.az