170-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladıbackend

170-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 43 200 (dünən bu rəqəm 43 min idi) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 849 (+3) tank, 4 108 (+8) zirehli döyüş maşını, 975 (+1) artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 136 (+2) hava hücumundan müdafiə sistemi, 233 (+1) təyyarə, 193 helikopter, 778 (+6) PUA, 185 qanadlı raket, 15 gəmi, 3 021 (+3) avtomobil texnikası və avtosistern, 90 xüsusi texnikadan ibarətdir.