176-cı gün: Ukrayna Rusiyanın itkilərini açıqladıbackend

176-cı gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 44 300 (+200) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 889 (+3) tank, 4 179 (+17) zirehli döyüş maşını, 1 010 (+17) artilleriya sistemi, 265 (+2) reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 234 (+1) təyyarə, 197 (+1) helikopter, 793 (+1) PUA, 190 qanadlı raket, 15 gəmi, 3 061 (+7) avtomobil texnikası və avtosistern, 93 xüsusi texnikadan ibarətdir.