183-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladıbackend

183-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 45 850 (+150) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 929 (+5) tank, 4 245 (+2) zirehli döyüş maşını, 1 037 (+1) artilleriya sistemi, 272 (+6) reaktiv yaylım atəşi sistemi, 148 (+1) hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 202 (+3) helikopter, 828 (+9) PUA, 196 qanadlı raket, 15 gəmi, 3 160 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.