Bakıda məktəbli bıçaqlanıb.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 28 May qəsəbəsində 306 saylı məktəbin yaxınlığında baş verib. 11-ci sinif şagirdi mübahisə etdiyi həmyaşıdına bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
Yaralı yeniyetmə dərhal ətrafda olanların köməyi ilə xəstəxanaya aparılıb. TƏBİB-dən verilən məlumata görə, bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən yeniyetmə əməliyyat edilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Yaralının nənəsi Məhliqa Mustafayeva deyir ki, nəvəsi sakit uşaqdır. Əvvələr həmin cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə ilə sinif yoldaşı olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.