2022-ci ildə Almaniyada doğum səviyyəsi aşağı düşdübackend

2022-ci ildə Almaniyada doğum səviyyəsi aşağı düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada ötən il doğum nisbətində azalma olduğu açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsindən verilən açıqlamada, ölkədə keçən il əvvəlki ilə nisbətən 7 faiz az doğum olduğu bildirilib.

2022-ci ildə 738 min 819 körpənin doğulduğu və bu rəqəmin 2021-ci ilə nisbətən 56 min 673 az olduğu bildirilən açıqlamada xüsusilə Hamburq və Berlində doğum göstəricilərinin kəskin şəkildə aşağı düşdüyü qeyd edilib.

Keçən il qadın başına Doğuş əmsalı 1,46 olduğu halda, 2021-ci ildə 1,58 olub.

Statistiklərin fikrincə, inkişaf etmiş ölkələrdə immiqrasiya olmadan bir ölkə əhalisinin azalmaması üçün qadına düşən doğum əmsalı 2,1 olmalıdır.

Qeyd edək ki, Almaniyada 2021-ci ildə 795 492 körpə doğulub, bu da 1997-ci ildən bəri ən yüksək göstəricidir.

NOCOMMENT.AZ