2023-də uşaqlara ən çox hansı adlar qoyulub? – VİDEObackend

2023-də uşaqlara ən çox hansı adlar qoyulub? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, yola saldığımız il valideynlər oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adını veriblər. Siyahıda ilk sıralarda isə yenə də Əli, Yusif, Hüseyn, Zeynəb, Məryəm kimi adlar yer alıb.

Son bir neçə ilin statistikasına baxdıqda uşaqlara daha çox bu adların qoyulduğunu görürük.

Psixoloq Nərgiz Hüseynova deyir ki, valideynlər daha çox dini adlara üstünlük verirlər. Amma zaman keçdikcə bu tendensiya da dəyişir.

Psixoloqun sözlərinə görə, adların insan xarakterinə təsiri var. Ona görə də valideynlər ad seçərkən onun mənası araşdırmalıdır.

Daha ətraflı videomaterialda: