Çin hegemon gücə çevrilib – Qarşısı alınmalıdır…backend

Çin hegemon gücə çevrilib – Qarşısı alınmalıdır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çin böyük təhlükədir”.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin belə deyib. Onun sözlərinə görə, Çinin təhlükəli davranışları xüsusilə Tayvan boğazı boyunca özünü göstərir:

“Təəssüf ki, Çin getdikcə daha çox təhlükəli davranışlarla məşğul olmağa davam edir. Biz onları Tayvan boğazı boyunca Şərq və Cənubi Çin dənizlərində, Sakit okean ada ölkələri arasında Hindistanla Faktiki Nəzarət Xətti boyunca görürük. Bilirsiniz ki, Çin Hind-Sakit Okean hövzəsində hökmranlıq etmək və qlobal nizamı öz avtokratik baxışlarına uyğun şəkildə yenidən formalaşdırmaq üçün həm iradəyə, həm də getdikcə daha çox gücə malik olan yeganə ölkədir. Buna görə də rəsmi Pekinin inkişafının sürətlənməsi problem olaraq qalır”.

Ostin deyib ki, rəsmi Pekin Hind-Sakit okean regionunda hegemon gücə çevrilib və bu inkişafın qarşısı alınmalıdır.