2026-cı ilin sonuna qədər məktəblərdə mühüm dəyişiklik olacaq – RƏSMİbackend

2026-cı ilin sonuna qədər məktəblərdə mühüm dəyişiklik olacaq – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ilin sonuna qədər məktəblərdə adambaşına maliyyə sisteminə keçid ediləcək.

NOCOMMENT.az  Day.Az-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müşaviri Elnur Əliyev deyib.

“Adambaşına maliyyələşmə məktəblərə vəsaitin şagirdlərə uyğun verilməsidir. Bu o deməkdir ki, məktəblərdə hesabatlılığ artır. Şagird məktəbi dəyişsə ona düşən vəsaiti də getdiyi yenə məktəbə aparır”,- o deyib.

O qeyd edib ki, məktəblərdə idarəetmə mexanizmləri də müəyyən qədər dəyişəcək: “Bu hazırda pilot layihədir. Bir qrup məktəblərdə həyata keçiriləcək. Bu il bir neçə məktəbdə layihəyə start veriləcək, lakin 2026-cı ilə qədər 100 məktəbə şamil olunacaq. Artıq məktəb maraqlı olacaq ki, şagird cəlb etsin. Bu layihənin müəllimlərin maaşında təsiri ilə bağlı danışmaq isə hələ tezdir”.