21 yaşlı oğlanı gənə dişləyib öldürdübackend

21 yaşlı oğlanı gənə dişləyib öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə bu mövsüm gənə sancmasından ilk ölüm hadisəsi qeydə alınıb. Hadisə Sivas əyalətində baş verib.

NOCOMMENT.az DHA-ya istinadən xəbər verir ki, heyvandarlıqla məşğul olan 21 yaşlı kişi əvvəlcə yüksək hərarətlə tibbi yardıma müraciət edib. Sonradan vəziyyəti pisləşib.

Xəstənin Sivasdakı xəstəxanaya köçürüldüyü və ona Krım-Konqo hemorragik qızdırması diaqnozu qoyulduğu bildirilir.

Reanimasiya şöbəsində müalicə almasına baxmayaraq, onu xilas etmək mümkün olmayıb.\\Milli.Az