215 gün sonra dağıntılar altından cəsəd tapılıbbackend

215 gün sonra dağıntılar altından cəsəd tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Kahramanmaraş olan zəlzələlərdən ən çox zərər çəkən Hatayda dağıntıların çıxarılması işləri davam edir. Zəlzələdən düz 215 gün sonra dağıntılar altından bir cəsəd çıxarılıb.

NOCOMMENT xəbər verir ki, Mərkəzi Kahramanmaraşda olan zəlzələlərdən sonra on minlərlə vətəndaş həyatını itirib, eyni sayda bina da dağıntılara çevrilib. Bütün ölkəni dərindən sarsıdan əsrin fəlakətinin təsirləri 7 aydan sonra da davam edir.

Əsrin fəlakətinin yaşandığı Hatayda 215-ci gündə dağıntılar altında cəsəd tapılıb. Mərkəzləri Kahramanmaraşda olan zəlzələlərin vurduğu Hatayda qrupların dağıntıların çıxarılması işləri fasiləsiz olaraq davam edir.