22 baş quzu tələf olub – Təsərrüfat sahibi hadisədə əczaçını ittiham edir – VİDEObackend

22 baş quzu tələf olub – Təsərrüfat sahibi hadisədə əczaçını ittiham edir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəy sakini baytarlıq aptekindən aldığı dərmanlara görə 22 baş südəmər quzunun tələf olduğunu idda edir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun Arıqdam kənd sakini Aysel Alıyeva deyir ki, aptekdəki əczaçı təsərrüfatında olan südəmər quzulara brazok xəstəliyi diaqnozu qoyulub və buna qarşı iynə verib. Təsərrüfat sahibi iddia edir ki, iynələr vurulduqdan sonra quzuların halı pisləşib və əczaçının növbəti dəfə verdiyi dərmanlar heyvanların ölümünə səbəb olub.

Adıçəkilən əczaçı Vüqar İbrahimov isə deyir ki, heyvanların ölümünə təsərrüfat sahibi özü səbəb olub. Onun sözlərinə görə, Aysel Alıyeva bazardan aldığı xəstə heyvanı ümumi tövlədə saxladığı üçün xəstəlik südəmər quzulara da keçib.

Təsərrüfat sahibi onu da deyir ki, Tovuz və Göygöl rayon labaratoriyalarının ekspert rəylərinə görə, heyvanlarda heç bir xəstəlik aşkarlanmayıb. Aysel Alıyeva iynələri əczaçının təlimatına əsasən heyvanlara özü vurduğunu da bildirib. Həmçinin qeyd edib ki, dərmanların içərisində olan təlimat vərəqi də ona verilməyib. Əczaçı bir müddət tələf olan heyvanlara görə dəyən zərəri ödəyəcəyinə söz versə də, sonradan fikrindən daşınıb.

Əczaçı bu iddiaları da qəbul etmir. Bildirir ki, labaratoriyanın qərarlarında heyvanların ölümünə dərmanların səbəb olmadığı göstərilir. Vüqar İbrahimov iddia edir ki, təsərrüfat sahibinə xəbərdarlıq etsə də, iynələri və dərmanları baytar həkimi olmadan özü tətbiq edib.

Təsərrüfat sahibi artıq aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edib.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.