30-a yaxın məktəb direktoruna xəbərdarlıq edilib, 5 məktəbdənkənar müəssisə rəhbəri işdən çıxarılıbbackend

30-a yaxın məktəb direktoruna xəbərdarlıq edilib, 5 məktəbdənkənar müəssisə rəhbəri işdən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə apa-ya agentlikdən məlumat verilib.

Bildirilib ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini yoxlamaqdır.

Bakı və digər bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrində aparılmış yoxlamalara əsasən, 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 5 müəssisə rəhbəri işdən azad edilib.