34 nömrəli tam orta məktəbdə Bilik Günü qeyd edildi – FOTObackend

34 nömrəli tam orta məktəbdə Bilik Günü qeyd edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın bütün ümumtəhsil, orta ixtisas və ali təhsil məktəblərində ilk zəng çalınıb.

NOCOMMENT.az xəbər verir ki, yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı şəhəri Nərimanov rayonu, Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbdə Bilik günü qeyd olunub.

Tədbirdə Nərimanov rayon Ağsaqqallar Şurasının nümayəndəsi Abbasov Məmmədtağı, şəhid Bəhruz Sultanovun qardaşı, Birinci Qarabağ Müharibəsi iştirakçısı Vüqar Sultanov, sahə rəisi – polis mayoru Rəvan Salayev, məktəbin fəxri məzunu Mələk Qasımova, məktəbin müəllim kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra isə məktəbin yeganə şəhidi Bəhruz Sultanovun büstü üzərinə güllər qoyulub.

Bundan sonra məktəbin direktoru Nəcibə Axundova açılış nitqi söyləyib, Vüqar Sultanov, Məmmədtağı Abbasov və Mələk Qasımovaya söz verilib.

Sonda isə məktəbin direktoru, Vüqar bəy və birinci sinif şagirdi ilin ilk zəngini çalıblar.

İlk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.

Xatırladaq ki, sözügedən məktəb Birinci Qarabağ Müharibəsi şəhidi Bəhruz Sultanovun adını daşıyır.

Nərmin VÜQARQIZI