4 il əvvəl atası tərəfindən öldürülən qızın FOTOsubackend

4 il əvvəl atası tərəfindən öldürülən qızın FOTOsu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Ağdamda 4 il əvvəl itkin düşən qızın atası tərəfindən öldürülərək həyatyanı sahədə basdırıldığı ehtimal olunur.

NOCOMMENT.az Trend.az-a istinadən xəbər verir ki,Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yaşayan 24 yaşlı Nərgiz Nəcəfova 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.

Nərgiz Nəcəfovanın atası Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl 24 yaşlı qızını öldürərək həyatyanı sahədə basdırmaqda ittiham olunur.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən həmin əraziyə baxış keçirilir. Hələ ki, Nərgiz Nəcəfovanın meyiti tapılmayıb.