Ağdamda partlayış: Yaralanan varbackend

Ağdamda partlayış: Yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayıb, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.

Qeyd edilib ki, agentliyin əməkdaşı, 2000-ci il təvəllüdlü Anar Mürşüd oğlu Piriyev xidməti vəzifəsini yerinə yetirərkən alüminium gövdəli kiçikölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

“Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyati təhlükəsi və ciddi xəsarəti yoxdur”, – məlumatda vurğulanıb.