4-ü terrorçu olmaqla 10 nəfər yaxalanıbbackend

4-ü terrorçu olmaqla 10 nəfər yaxalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstandan Türkiyəyə, Türkiyədən isə Yunanıstana keçmək istəyən 10 nəfər tutulub. Həbs edilən şəxslərdən 3-nün FETÖ, 1-nin isə PKK/KCK terror təşkilatı üzvü olduğu müəyyən edilib.

NOCOMMENT xəbər verir ki, Milli Müdafiə Nazirliyi qeyri-qanuni yollarla Yunanıstandan Türkiyəyə və Türkiyədən Yunanıstana keçməyə cəhd edən 10 nəfərin tutulduğunu açıqlayıb. Sosial media hesabından edilən açıqlamada aşağıdakı ifadələrdən istifadə edilib:

“Sərhəd Qartallarımız qeyri-qanuni yollarla Yunanıstandan ölkəmizə, ölkəmizdən isə Yunanıstana keçməyə çalışan 10 nəfəri yaxaladılar. Həbs edilənlərdən 3-nün FETÖ, 1-nin isə PKK/KCK terror təşkilatı üzvü olduğu müəyyən edildi”.