40 marşrut avtobusunun istiqaməti dəyişdirilir – SİYAHIbackend

40 marşrut avtobusunun istiqaməti dəyişdirilir – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Bakıda 40 marşrut xəttinin hərəkət istiqamətlərində müvəqqəti dəyişiklik ediləcək.

Bu barədə NOCOMMENT.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bunlar E1, M3, H1, 1, 2, 3, 4, 5, 6, 10, 13, 14, 17, 18, 21, 29, 30, 31, 32, 33, 37, 38, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 83, 88, 88A, 96, 125, 149, 175, 205 və 206 nömrəli marşrut xəttləridir.

Dəyişikliyə səbəb 8 Noyabr – Zəfər günü ilə əlaqədar saat 09:00-dan 13:00-a qədər Bakı şəhərinin müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlərin tətbiq edilməsidir.