49 yaşlı əməkdar artistin ölüm səbəbi… – Fotobackend

49 yaşlı əməkdar artistin ölüm səbəbi… – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, əməkdar artist Yuri Omelçenko vəfat edib.

NOCOMMENT.az kult.az-a istinadən xəbər verir ki, bu barədə teatrın sosial şəbəkə hesabında məlumat yayılıb.

“Bu, hamımız üçün böyük itkidir! Onun yaradıcılığı, xeyirxahlığı onu tanıyanların və qiymətləndirənlərin hamısının qəlbində yaşayacaq. Qəbri nurla dolsun!” – deyə teatrın kollektivi sənətkarın yaxınlarına dərin hüznlə başsağlığı verib.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini İlham Məmmədov Oxu.az-a açıqlamasında bildirib ki, 49 yaşlı aktyor bir müddət əvvəl insult keçiribmiş:

“Xəstəxanada müalicə aldı. Vəziyyəti bir qədər yaxşılaşmışdı. Lakin bir neçə gün əvvəl yenidən insult keçirdi. Onu xəstəxananın reanimasiya şöbəsində yerləşdirdilər. Ürəyində də problemləri vardı. Təəssüf ki, onu xilas etmək mümkün olmadı”.