7 aylıq hamilə gəlinin ölüm səbəbi… – VİDEO AÇIQLAMAbackend

7 aylıq hamilə gəlinin ölüm səbəbi… – Həkimindən VİDEO AÇIQLAMA 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Astarada 17 yaşlı gəlin öz toyunda ölüb. Gəlin 29 həftəlik hamilə olub.Toydan sonra özünü pis edən gəlin təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə bağlı Astara rayon mərkəzi xəstəxanasının həkimi Ülviyyə Nehmətova NOCOMMENT.az -ın Cənub bürosuna açıqlamasında bildirib ki,
dünən saat 22:00 radələrində 2008-ci il təvəllüdlü şəxs (qadın) Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub. Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb”.

Ətraflı videoda: