769 min təqaüdçünün şəxsi məlumatları ələ keçirildibackend

769 min təqaüdçünün şəxsi məlumatları ələ keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Kaliforniya əyalətindən təqaüdə çıxan 769 min nəfərin şəxsi məlumatları oğurlanıb.

NOCOMMENT.az xəbər verir ki, Kaliforniya Dövlət İşçilərinin Pensiya Sisteminin verdiyi açıqlamaya görə, iyun ayında fayl ötürmə aləti “MOVEit” Transferində bir zəiflikdən istifadə edən kiberhücumdan bir çox insan və qurumun təsirləndiyi bildirilib.

Sözügedən kiber hücumda 769 min sistem üzvünün şəxsi məlumatları ələ keçirilib. Bunlara ad və soyad, doğum tarixi, sosial təminat nömrələri və ailə üzvlərinin adları kimi məlumatlar daxildir.

Məlumata görə məsələ ilə bağlı şəxsi məlumatları oğurlanan şəxslərə məlumat verilib.

Digər tərəfdən, “MOVEit”ə qarşı kiber hücumun rus hakerlər tərəfindən edildiyi iddia edilib.

NOCOMMENT.AZ