9 yaşlı qız xəstəxanada öldü – Qızılcaya yoluxmuşdubackend

9 yaşlı qız xəstəxanada öldü – Qızılcaya yoluxmuşdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə 9 yaşlı qız xəstəxanada ölüb.

NOCOMMENT.az medicina.az-a istinadla xəbər verir ki, Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib.

Lakin həkimlərin səylərinə baxmayaraq 9 yaşlı qız vəfat edib. R. Həsənovanın 20 gün əvvəl qızılcaya yoluxduğu bildirilir.

İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb. Ölüm hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.