Rusiyadan Zatulin və Simonyanın Ermənistana giriş qadağasına REAKSİYAbackend

Rusiyadan Zatulin və Simonyanın Ermənistana giriş qadağasına REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya XİN Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin və erməniəsilli jurnalist Marqarita Simonyanın Ermənistana girişinə qadağa qoyulmasına münasibət bildirib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə çıxışı zamanı danışıb.

Zaxarova qeyd edib ki, Rusiya diplomatik kanallarla İrəvana müraciət edərək sözügedən məlumatların dəqiqləşdirilməsini və aydınlaşdırılmasını tələb edib.

Onun sözlərinə görə, Rusiya bu barədə xəbərləri çaşqınlıqla qarşılayıb.