ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tutduğu vəzifədən istefa verə biləcəyini açıqlayıb.
NOCOMMENT modern-ə istinadən xəbər verir ki, siyasətçi qərarını oktyabrın 28-də San Fransiskoda ailə üzvünə qarşı həyata keçirilən sui-qəsdlə izah edib.
Qeyd edək ki, Nensi Pelosinin evdə olmadığı vaxtda yaşadığı evə edilən hücum zamanı onun əri Pol Pelosi xəsarət almışdı.