Fevralın 24-dən bəri Ukraynadakı müharibədə 20 mindən çox çeçen iştirak edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşündən sonra məlumat verib.
Çeçenistan parlamentinin sədri Maqomed Daudov isə görüşdə Ukraynada olan çeçen hərbçilərindən söz açıb. Qeyd edib ki, hazırda cəbhə xəttində 9 mindən çox çeçen döyüşçüsü var.