Dünya Bankı: Yoxsul ölkələrlə inkişaf etmiş dövlətlər arasında dərin uçurum yaranıbbackend

Dünya Bankı: Yoxsul ölkələrlə inkişaf etmiş dövlətlər arasında dərin uçurum yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyanın ən yoxsul 75 ölkəsindən təqribən yarısının gəlirləri ilə inkişaf etmiş dövlətlərin əldə etdiyi gəlir arasında 100 ilin ən böyük fərqi, başqa sözlə desək, dərin uçurum yaranıb”.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilir.

Qeyd olunur ki, hər iki kateqoriyadan olan ölkələrdə adambaşına düşən gəlirin məbləği də bir-birindən kəskin şəkildə fərqlənir.

Dünya Bankının baş iqtisadçısının müavini Ayhan Köse bildirib ki, bu vəziyyət ilk dəfədir ki, müşahidə olunur:

“Hələ COVID-19 pandemiyasına qədərki dövrdə Beynəlxalq İnkişaf Assosiasiyasına üzv olan əksər dövlətlərdə iqtisadi inkişaf tempində azalma müşahidə olunurdu. 2024-cü ilin yekunları onu deməyə əsas verir ki, 4 ili əhatə edən hesabat müddətində bu rəqəm 3,4 faiz təşkil edəcək. Bu rəqəm 90-cı illərdən sonra ən aşağı göstərici hesab olunur. Bu vəziyyət artıq həyəcan təbilinin çalınmasına əsas verir. Yaranmış iqtisadi problemlərin əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir”.

Sənəddə o da qeyd edilir ki, Beynəlxalq İnkişaf Assosiasiyasından kredit cəlb etmək hüququna 75 dövlətin siyasi sistemində dəyişiklik baş verməsə, onlar beynəlxalq səviyyədə iqtisadi dəstəkdən məhrum ola bilərlər.