Bakıda narkoman taksi sürücüsü saxlanıldı – VİDEObackend

Bakıda narkoman taksi sürücüsü saxlanıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda narkotik vasitələr qəbul edərək taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü müəyyən edilib.

Belə ki, qaraçuxur qəsəbəsində yaşayan Hünər Mustafayev idarə etdiyi “Toyota Prius” avtomobilinin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.

İlkin sorğu zamanı sürücü narkotik vasitə qəbul edərək avtomobilin sükanı arxasına əyləşdiyini söyləyib.

Təyin olunan ekspertizanın nəticəsində Hünər Mustafayevin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində protokol tərtib olunub. Hünər Mustafayevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.