Ukraynada daha bir azərbaycanlı həlak oldubackend

Ukraynada daha bir azərbaycanlı həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada gedən döyüşlərdə azərbaycanlı Ruslan Bayramov həlak olub.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, Ukrayna vətəndaşı olan 1993-cü il təvəllüdlü Ruslan Hüseynqula oğlu Bayramov Gürcüstanın Bolnisi bələdiyyəsinin Faxralı kəndində anadan olub.

Luqansk vilayətində yaşayan R.Bayramov Ukrayna Silahlı Qüvvələrinin 59-cu radio-kəşfiyyat taqımının operatoru kimi xidmət edib.

O, Nikolayev vilayətinin Ternovıy Podı rayonunda Rusiya tərəfinin hücumu nəticəsində həlak olub.

Əlavə edək ki, hazırda R.Bayramovun valideynlərinin Ukraynada yaşadıqları ərazi işğal altındadır.