Bu gün tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən NOCOMMENT-ə bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.
Qeyd olunub ki, B.Hacıyev barəsində qətimkan tədbiri seçilmək üçün məhkəməyə göndərilib.