Goranboyda toy məclisində bıçaqlanma olub.
NOCOMMENT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Faxralı kəndində baş verib.
Kənd sakini 1991-ci il təvəllüdlü Elman Yəhyazadə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstənin yarası tikilib, lakin vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma başlanılıb.