Dnepr hücumunda ölənlərin sayı 35-ə çatıbbackend

Dnepr hücumunda ölənlərin sayı 35-ə atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Dnepr şəhərində Rusiyanın raket hücumu nəticəsində böyük ziyan görən binada axtarış-xilasetmə işləri davam edir.

NOCOMMENT-in məlumatına görə, Dnepr vilayətinin qubernatoru Valentin Rezniçenko hücumda həyatını itirənlərin sayının 35-ə yüksəldiyini açıqlayıb.

Ukraynanın Dnepr şəhərindəki bina Rusiyanın hücumunda hədəf olub. Ağır ziyan dəymiş binada dağıntıların çıxarılması və axtarış-xilasetmə işləri 40 saatdır davam edir. Dnepr vilayətinin qubernatoru Rezniçenko rəsmi “Telegram” hesabında verdiyi açıqlamada, “Dneprdə axtarış-xilasetmə əməliyyatı təxminən 40 saatdır davam edir. İndiyədək düşmənin hücumu 2-si uşaq olmaqla 35 nəfərin həyatına son qoyub. 35 nəfər xilas edilib, 75 nəfər yaralanıb. Binada olan digər 35 nəfərin taleyi hələlik məlum deyil”.

ZELENSKİ RUS XALQINA SƏSLƏNİR

Ukrayna prezidenti Vladimir Zelenski hücumla bağlı Rusiya xalqına müraciət edib və aşağıdakı ifadələrdən istifadə edib:

“Biz hər bir insan üçün mübarizə aparırıq. İnsanların həyatını xilas etmək üçün ən kiçik bir şans olduğu müddətcə xilasetmə əməliyyatı davam etdiriləcək. Mən Rusiyada indi də bu terroru pisləyən bir neçə kəlmə danışa bilməyən hər kəsə müraciət edirəm. Baxmayaraq ki, onlar hər şeyi çox gözəl görürlər və bilirlər. Qorxaqcasına susqunluğunuz, baş verənləri görməzdən gəlməyə çalışmanız bir gün arxanızca eyni terrorçular gələndə bitəcək. Şər həmişə ondan qorxanları və ya onunla bazarlıq etməyə çalışanları xatırlayır. Bu şər səndən sonra gələndə səni qoruyan olmayacaq”.