“Bakı Metropoliteni” QSC-nin 29 əməkdaşı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun NOCOMMENT-ə bildirdiyinə görə, həmin şəxslərdən 6-sı sağalaraq evə buraxılıb, bir nəfər isə dünyasını dəyişib: “Digər 22 nəfərin isə tibb müəssisələrində müalicəsi davam etdirilir”.