Macarıstan Prezidenti Katalin Novak sosial media hesabında Azərbaycana başsağlığı verib.
NOCOMMENT.az xəbər verir ki, Katalin Novak “Twitter” hesabında qeyd edib:
“Azərbaycanın İrandakı səfirliyində baş vermiş dəhşətli hadisə zamanı həlak olan şəxsin ailəsinə və Azərbaycana dərin hüznlə başsağlığı verirəm. Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına edilən istənilən hücumu qətiyyətlə pisləyirəm”.