Almaniyadan Putin MESAJIbackend

Almaniyadan Putin MESAJI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolts Almaniya mətbuatına açıqlamasında “Putinlə yenidən telefonla danışacağam, çünki bir-birimizlə danışmalıyıq” deyib.

NOCOMMENT.az xəbər verir ki, o bu barədə alman mətbuatına açıqlama verib.

“Mən Putinlə yenidən telefonla danışacağam – çünki bir-birimizlə danışmalıyıq. Artıq yüz minlərlə insanın həyatına son qoyan bu müharibəyə son qoymaq və qoşunları Ukraynadan çıxarmaq Putinin əlindədir”.

Şolts Putinlə telefon danışıqlarının “üslub baxımından çox da nəzakətli olmadığını” qeyd edərək söhbətlərinin daha çox taxıl daşınması, əsir mübadiləsi və atom elektrik stansiyasının təhlükəsizliyi ilə bağlı olduğunu bildirib.

Şolts danışıqların davam etməsinin “məcburi” olduğunu söyləyərək “Mənim üçün vacib olan danışıqların əsas mövzusu budur: Dünya bu dəhşətli vəziyyətdən necə çıxacaq? Bunun ilkin şərti aydındır: Rusiya qoşunlarının çıxarılması” deyə əlavə edib.