Şvartsenegger qəza törətdibackend

Şvartsenegger qəza törətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məşhur amerikalı aktyor Arnold Svartsnegger avtomobil qəzasına düşüb.
NOCOMMENT Bakupost-a istinadən xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Nəşrin məlumatına görə, 75 yaşlı aktyor yolda olarkən velosipedçi “qəfildən onun zolağına çıxıb və qəza baş verib”.
Zərərçəkən şəxs xəstəxanadadır, həyatı üçün təhlükə yoxdur. Şvartsnegger onun velosipedinin də qayğısına qalıb. Velosiped təmirə göndərilib.
Hüquq-mühafizə orqanlarındakı mənbələr TMZ-yə aktyorun günahsız olduğunu bildirib. Çünki o, bu vəziyyətdə toqquşmadan qaça bilməyib.