Arnold Şvartsenegger yeni filmə çəkiləcəkbackend

Arnold Şvartsenegger yeni filmə çəkiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arnold Şvartsenegger Milad komediyasının “Çantalı adam”(Man With The Bag) filminin çəkilişlərində iştirak edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Hollivud xəbərləri üzrə ixtisaslaşmış “Deadline” nəşri məlumat yayıb.

Baş rollarda Şvartseneggerdən başqa Alan Riçson, filmin rejissoru isə Adam Şenkman olacaq. Çəkilişlərə bu il başlanmalıdır.

Filmin adı ABŞ-ın məşhur Milad mahnısı olan “Everybody’s Waitin’ for The Man with the Bag” (“Hər kəs çantalı adamı gözləyir”, yəni Santa Klaus) adlanır. Ssenariyə əsasən, film Santanın sehrli çantasının oğurlanmasından bəhs edir.

Şvartseneggerin Şaxta baba rolunu oynayacağı gözlənilir.