NATO-nun baş katibi Yens Stoltenberq Türkiyədə baş verən zəlzələlərə görə NATO ölkələrinin Türkiyə ilə həmrəylik içində olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, Stoltenberq bu barədə fevralın 14-15-də Brüsseldə keçiriləcək NATO Müdafiə Nazirləri iclası üçün təşkil edilən mətbuat konfransında açıqlama verib.
“Fikirlərimiz türk xalqının yanındadır” deyən Stoltenberq NATO-ya üzv ölkələrin axtarış-xilasetmə işçiləri, yanğınsöndürənlər, səhiyyə işçiləri və zəlzələ ekspertləri kimi çoxlu yardım işçisini Türkiyəyə göndərdiyini bildirib.
O, NATO ölkələrinin Türkiyəyə müxtəlif sığınacaq dəstəyi verəcəklərini də bildirib.
NOCOMMENT.AZ