Kuril adaları sahillərində zəlzələ baş veribbackend

Kuril adaları sahillərində zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kuril adaları sahillərində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə “Yujno-Saxalinsk” seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.

Onun sözlərinə görə, seysmik hadisə aprelin 28-də saat 10.04-də (Moskva vaxtı ilə 2.04) qeydə alınıb. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 42 kilometr şimal-şərqdə, Sakit okeanda yerləşib. Semenova qeyd edib ki, yeraltı təkanların mənbəyi 95 kilometr dərinlikdə olub.

Onun məlumatına görə, iki mindən bir qədər çox insanın yaşadığı Severo-Kurilsk şəhərinin sakinləri yer səthinin iki bal gücündə titrəyişlərini hiss ediblər. Agentliyin həmsöhbəti əlavə edib ki, xəsarət alan və dağıntı yoxdur, sunami xəbərdarlığı elan edilməyib.