Sputnik V peyvəndinin yaradıcısı öldürüldü – Şok qətlbackend

Sputnik V peyvəndinin yaradıcısı öldürüldü – Şok qətl

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sputnik V peyvəndini hazırlayan 18 nəfərdən biri olan 48 yaşlı rus alimi Andrey Botikov Moskvanın şimal-qərbindəki evində kəmərlə boğularaq öldürülüb.

NOCOMMENT.az xəbər verir ki, Moskva İstintaq Komitəsi 29 yaşlı şəxsin Andrey Botikovun evinə qonaq getdiyini və aralarında yaranan mübahisə nəticəsində rus alimini əlinə aldığı kəmərlə boğduğunu bildirib.

Yuliya İvanova qətli törədən şəxsin dindirilərkən günahını etiraf etdiyini və bu şəxsin əvvəllər bəzi cinayətlərə görə məhkumluğu olduğunu da əlavə edib.

Qətldən sonra Rusiya məhkəmə-tibb ekspertləri qətlin necə törədildiyini, hücum edən şəxsin alimin dostu olduğunu açıqlayıb.

NOCOMMENT.AZ