Britaniya Parlamenti Rusiyaya qarşı sanksiyaları səmərəsiz adlandırıbbackend

Britaniya Parlamenti Rusiyaya qarşı sanksiyaları səmərəsiz adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiki formada anti-Rusiya sanksiyaları səmərəsizdir və ona görə də gücləndirilməlidir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu “Financial Times”a müsahibəsində Böyük Britaniya Parlamentinin Maliyyə Nazirliyinin fəaliyyətinin monitorinqi komitəsinin rəhbəri Harriette Bolduin deyib.

“Ümumi konsensus var ki, sanksiyalar Rusiya iqtisadiyyatı üçün real problemlər yaratmır və öz məqsədinə çatmır”, – deyə o bildirib.

Bolduinin rəhbərlik etdiyi komitə iyul ayında Britaniyanın Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərinin effektivliyinə dair hesabat təqdim etməli və sanksiyalardan yayınma imkanlarını məhdudlaşdıran tövsiyələr verməlidir.