İndoneziyanın paytaxtı Cakartadakı yanacaq anbarında dünən baş verən yanğında ölənlərin sayı 18-ə çatıb.
NOCOMMENT.az xəbər verir ki, yanğında ölənlərin ikisinin uşaq olduğu bildirilib.
Məlumata görə üç nəfərdən isə hələ də xəbər yoxdur.
Ağır yanıq xəsarətləri olan 35 yaralının isə xəstəxanalarda müalicəsi davam etdirilir.
NOCOMMENT.AZ